8 Mart Qadınlar Gününə hədiyyə ediləcək

8 Mart Qadınlar Gününə hədiyyə ediləcək
2208 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert proqramı təqdim ediləcək.

Filarmoniyadan Axşam.az-a bildiriblər ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalının təşkilatçılığı və filarmoniyanın birgə layihəsi əsasında reallaşacaq.

Konsertdə xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək. Musiqili proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.