“Eurovision 2011” qalibi Eldar Qasımov "I miss you" adlı yeni mahnısını və klipini təqdime dib.

Axşam.az xəbər verir ki, mahnının sözləri Eldarın özünə, musiqisi Sara A.Dilrubaya məxsusdur. Səs rejissorları Givi Usenaşvili, Aysel Məmmədova, klipin çəkilişi "PrimePix Media"ya, İlkin Shirinli, Murad Qurbanova aiddir. 

Ekran işində xalq artisti Şükufə Yusupova, Vadim Kutukov, Elvin Bayramov, Alina Nəzərova, Ferdinanda, Rüstəm Cabbarov, Anar Məmmədbəyov, Krisitina Məmmədbəyova, Pərviz Məmmədov çəkiliblər.

Eldar Qasımov bildirir ki, mahnını hələ 2011-ci ildə bəstələyib. O, burada sevgidən bəhs etdiyini söyləyib:

“Daima içimdə olan boşluq, birdən-birə müxtəlif fikirlərlə doldu və bu fikirlər özünü göstərməyə və daxilimdən xaricimə yansımağa başladı. Mənə elə gəldi ki, dəli oluram. Mən sadəcə öz hisslərim barədə yazmaq qərarına gəldim ki, bunu heç zaman unutmayım. Bəzən yeni hisslər köhnə hissləri yandıraraq külə çevirir. Mən ikimizi birlikdə təsəvvür etdim və onu necə özlədiyimi anladım. Amma bu, insanın qəlbinə toxunan ən lirik mahnı deyil. Hisslərimi ifadə edərkən mən qarşımdakından qarşılıq gözləmirdim. Onunla keçirdiyim günlərə görə çox xoşbəxtəm, ancaq təəssüf ki, bunlar bir də baş verməyəcək. Çox dəyişib, mən də həmçinin, ancaq mən sənə həmişə xoşbəxt olduğumuz dəqiqələrə görə minnətdar olacam".


                 

Digər Xəbərlər