Elnarə “Arşın mal alan” oynadı

Elnarə “Arşın mal alan” oynadı
1949 dəfə oxunub
  • A-
  • A
  • A+

Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrində və hərbi hissələrində silsilə tədbirlər keçirilir.

Axşam.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin və rəqs ansamblının yaradıcı kollektivi tərəfindən hazırlanan konsertdə canlı ifalar təqdim edilib.
Konsertin ilk hissəsində dahi bəstəkar Üzəyir Hacıbəyovun “Arşın mal alan” operettasının motivləri əsasında qurulmuş musiqili tamaşa nümayiş olunub. Tamaşada Əsgər rolunda orkestrin solisti Fəxri Kazım Nicat, Süleyman rolunda Tural Ağasıyev, Gülçöhrə rolunda əməkdar artist Afaq Abbasova, Asya rolunda müğənni Elnarə Xəlilova, Soltan bəy rolunda Murad Əlibəyli, Vəli rolunda xoreoqraf Fərid İbrahimov, Telli rolunda Günel Əliyeva çıxış ediblər.

Daha sonra tədbirdə rəqs ansamblının ifasında milli və xarici ölkələrin rəqsləri nümayiş olunub, DSX nümunəvi hərbi orkestrinin solistləri, E.Xəlilova, Dilarə Kazımova mahnılar səsləndirib.