Rostropoviçin 91 illiyi ilə bağlı konsert keçirilib

Rostropoviçin 91 illiyi ilə bağlı konsert keçirilib
400 dəfə oxunub
  • A-
  • A
  • A+
Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində Mstislav Rostropoviçin 91 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

Axşam.az xəbər verir ki, konsert proqramı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və musiqi məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb.

Konsertdə məktəbin simli və nəfəs alətləri şöbəsinin istedadlı şagirdlərinin ifasında görkəmli bəstəkarlar Q.Qarayevin “Vals”, İ.Qedjadzenin “Lastoçka”, V.Kermanın “Palçı Rudi”, Kalinkoviçin “Tarantella”, T.Şaverzaşvilinin “Noktürn”, İ.S.Baxın “Prelüdiya və qavot” və Mendezin “Xabanera” əsərləri səsləndirilib.

Tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı konsert proqramı maraqla qarşılanıb.