Sərdar xanımının ərəb şeyxinin oğlu ilə görüşdüyünü danmadı

Sərdar xanımının ərəb şeyxinin oğlu ilə görüşdüyünü danmadı
7753 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sərdar Ortaç irlandiyalı xanımı, model Xloe Louqnanın onu ərəb şeyxinin oğlu ilə aldatması iddialarına cavab verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı xanımının ərəb şeyxinin oğlu ilə görüşdüyünü danmayıb:

“Həqiqətən belə bir şey olub. Xloe işi ilə bağlı dostlarımızla yeməyə çıxıb. Restoranda türk vətəndaşları da olub. Onlar da dedi-qodunu sevdiyi üçün arvadımın kimlə yemək yediyi ilə maraqlanıblar. Məlum olub ki, qonaqlar arasında ərəb şeyxinin oğlu da var və beləliklə Louqnanın mənə xəyanət etməsi xəbərləri yayılıb. Mən arvadımı sevirəm. Onun da məni sevdiyini bilirəm. O, heç vaxt belə bir şey etməz. Elə qadın deyil”.

Ortaç məsələ ilə bağlı bunları əlavə edib:

“Bizim boşanmağımızı istəyirlər. Amma biz boşanmayacağıq”.

Sənətçi eyni zamanda “Xanımınıza bikini geyinməyi qadağan etmisinizmi” sualına da cavab verib:

“Mən bir qadına heç nəyi qadağan edə bilmərəm. Qadına nəyisə qadağan etmək onun azadlığını əlindən almaq deməkdir. Bu, Xloenin işidir. Açıq-saçıqlıq həmişə seksuallıq deyil. Bəzən çox açıq-saçıq geyinərsən, səndən diksinərlər”.

Qeyd edək ki, Xloe iki həftədir tanqalı bikini kataloq çəkilişləri üçün Mayamiyə yollanıb. O, İnstaqram səhifəsində tez-tez seksual pozlarda fotolar paylaşır.

Ötən gün isə Louqnanın ərəb şeyxinin oğlu ilə hər gün restoran və barlarda əyləndiyi xəbəri yayılıb.