Barbara Buş dünyasını dəyişdi

Barbara Buş dünyasını dəyişdi
682 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın keçmiş birinci xanımı, 41-ci prezident ata Corc Buşun həyat yoldaşı, 43-cü prezident Corc Buş-balacanın anası Barbara Buş 92 yaşında dünyasını dəyişib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, xanım Buşun vəfatı haqda məlumatı rəsmi nümayəndəsi Cim Makqrat yayıb:

“ABŞ-ın keçmiş birinci xanımı Barbara Pirs Buş çərşənbə axşamı, 92 yaşında dünyasını dəyişib. O, həyat yoldaşı Corc Buşla 73 il ailə həyatı yaşayıb. 5 uşağı, 17 nəvəsi, 7 nəticəsi var”.

Barbara Buşun ölümü ilə bağlı Amerikanın hazırkı prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp da başsağlığı verib. Trampların rəsmi başsağlığında deyilir:

“Qadın, ana, nənə və həyat yoldaşı, keçmiş birinci xanım kimi xanım Buş amerikalı ailəsinin ənənələrinin qoruyucusu olub. Onu çox gözəl xidmət etdiyi ölkəsi və ailəsi hər zaman xatırlayacaq”.