"Biznes planımı mükəmməl qurmuşam" - Murad

"Biznes planımı mükəmməl qurmuşam" -  Murad
1412 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı-bəstəkar Murad Arif yeni görünüşü ilə fotokameramız qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, sənətçi saqqal saxlamağa başlayıb. O bildirib ki, buna səbəb yeni klipidir.

Bir müddət əvvəl arıqlama ilə bağlı "İdman insanı arıqlatmır" açıqlamasını verən Murad məşqçilərlə qalmaqal yaşamışdı. Onlar sənətçinin bud ediklərini qınamışdılar. M.Arif məsləyə münasibət bildirib:

“30 kiloqram arıqlamış insanam, 2 ildir bu çəkini saxlayıram. Həyatda kimisə şadlandırır, kimisə qıcıqlandırırsan. Təbii bir haldır. Mənim kimi tənbəllərin işi deyil idmana gedib əzələ yığmaq. Effekt görmək üçün davamlı etmək lazımdır. Tənbəllərin işidir gedib əzələ yığmağa çalışmaq”.

Müğənni Dilarə Kazımova ilə duetinin tənqid edilməsinə də cavab verib:

“Ən azından Dilarəni dinləyicilərə təqdim etdim. Murad Arif şou-biznesdə bəyənilmək üçün heç nə etmir. Biznes planımı mükəmməl qurmuşam. Bu da məndən nə istəyirsə, onu edirəm”.

Foto: Ramin ASLANOV