İrina yenə hamilədir? - Fotolar

İrina yenə hamilədir? - Fotolar
2726 dəfə oxunub
  • A-
  • A
  • A+
Model İrina Şeyk Barselonada keçirilən gəlinlik moda həftəsinə qatılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı model podiuma çıxmasa da, tədbirdə qonaq qismində iştirak edib.

Bir müddət əvvəl aktyor Bredli Kuperlə gizli nikaha girməsi ilə gündəm olan İrina haqda bu dəfə hamiləliklə bağlı xəbərlər yayılıb.

Belə ki, Şeykin artıq çəki alması və qara, boş paltarlar geyinməsi hamıda onun ikinci dəfə hamilə olması şübhəsini oyadıb.

Qeyd edək ki, modelin 47 yaşlı Bredlidən ötən il bir qızı dünyaya gəlib. Cütlük müsahibələrdən birində ikinci uşaq haqda düşündüyünü də bildirib.