Makiyajsız gözəl görünməyin sirrləri

Makiyajsız gözəl görünməyin sirrləri
2330 dəfə oxunub
  • A-
  • A
  • A+

Makiyajın qadınlara özlərini yaxşı hiss etdirdiyi doğrudur. Amma hər gün davamlı olaraq makiyaj etmək işin yorucu tərəfidir. Bəs çarə nədir?

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, makiyajsız da gözəl görünmək mümkündür. Təbii gözəllik üçün lazım olanlar isə bunlardır:

Dərinizi təmiz saxlayın

Təmiz dəri makiyajsız da gözəl və parlaq görünür. Dərinizə uyğun təbii tərkibli vasitələrdən istifadə etməklə makiyaja olan tələbatınızı azalda bilərsiniz.

Dərinizi nəmləndirin

Sağlıqlı dərinin sirri nəmləndiricilərdən istifadə etməkdir. Davamlı istifadədən sonra dərinizin necə parlaq görünəcəyinə özünüz şahid olacaqsınız.



Gözətrafınıza qulluq edin

Günün çox hissəsini komputerlə keçirən qadınlarda gözətrafı qaraltılar daha çox olur. Qapadıcılar əvəzinə təbii tərkibli nəmləndiricilərdən istifadə edin.

Ən az 7 saat yatın

Yuxu dəriniz üçün ideal vasitədir. Yuxu rejiminizi qaydaya salsanız daha parlaq və təmiz dəriyə sahib ola bilərsiniz.



Bol su için

Dərinizin gözəl görünməsi üçün bol su için. Su dərinin daha gözəl görünməsinə imkan yaradır.