Şahzadənin toyuna xərclənən məbləğ açıqlanıb - 43 milyon dollar

Şahzadənin toyuna xərclənən məbləğ açıqlanıb -  43 milyon dollar
1359 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniya şahzadəsi, 33 yaşlı Harri və amerikalı aktrisa  36 yaşlı Meqan Marklın toyu ilə bağlı xəbərlər hələ də gündəmndən düşmür.

Axşam.az xəbər verir ki, “Washington Post” dünyanın ən gözlənilən toyuna xərclənən məbləği açıqlayıb.

Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsində keçirilən nikah mərasimini bütün dünya canlı izləyib.

Harri toyunda Britaniya ordusunun süvari qoşunlarının qara mundirindən istifadə edib. Meqan Markl isə məşhur “Givenchy”nin direktoru Kler Ueyt Kellerin hazırladığı sadə gəlinlik geyinib.

Məşhur toya ümumilikdə 43 milyon dollar xərclənib. Onun 40 milyonu  mühafizə xidmətinə sərf edilib.

Toyda musiqiçilərə 400, təşkilatçılara 150, yeməklərə 385, çəkilişə 23, torta isə 67 min dollar xərxclənib.

Gəlinin saç və makiyajına 18 431, dekorasiya 239 603, üzüklərə 11058, gəlinlik modelləri kataloqunun hazırlanmasına 9215, bəy kostyumuna 14 744, dəvətnamələrə 5529, səyyar tualetə 6450 dollar ödənilib.

Cütlüyün bal ayına isə 221 min 172 dollar pul xərclənilib.

Qonaqlar arasında Corc Kluni, Viktoriya və Devid Bekhem, Elton Con kimi dünya ulduzları qonaq olublar.

Toydan sonra şahzadə Harri Sasseks hersoqu, Meqan Markl isə Sasseks hersoginyası titulları alıblar.

Qeyd edək ki, Harri ilə Meqanın nikah mərasimini anqlikan kilsəsində arxiyepiskopdan sonra ikinci şəxs sayılan Vindzor dekanı Devid Konner keçirib. Harri və Meqanın nikahını isə anqlikan kilsəsinin rəhbəri, Kenterberi arxiyepiskopu Castin Uelbi kəsib.