Son günlər kosmetoloqların uğursuz prosedurları haqda mövzu gündəmdən düşmür. Şou-biznes nümayəndələrinin də bəziləri zamanla uğursuz plastik müdaxilələrin qurbanı olub.

Axşam.az kosmetoloqların xoşagəlməz hala saldığı məşhurların siyahısını təqdim edir.

Xalq artisti Nisə Qasımova bir neçə il əvvəl üzündəki dəyişikliklə günadəmə gəlmişdi. Müğənniyə kosmetoloqun etdiyi dolğular uğursuz alınmışdı. Bir neçə gün əvvəl isə bu müdaxiləni Arzu adlı kosmetoloqun etdiyi ortaya çıxıb.

Müğənni Cəmilə də kosmetoloq qurbanı olub. O, elə Nisə Qasımovaya uğursuz prosedur edən Arzunun onu pis günə qoyduğunu söyləyib. İfaçı bildirib ki, bu prosedurdan sonra 3 il efirdən gizlənib. Alnı şişib, dodaqları və yanaqları böyüyərək, qaralmağa başlayıb. Cəmilə əməliyyatla üzünə vurulan sintetik dolğulardan xilas olduğunu söyləyib.

Kosmetoloq qurbanı olan məşhurların adları arasında xalq artisti Flora Kərimovanın da adı hallanıb. Cəmilə və müğənni Zeynəb Dostəliyeva bildirib ki, həmin kosmetoloq F.Kərimovaya da bəzi müdaxilələr edib və uğursuz alınıb.
 

Xalq artisti Amaliya Pənahova da tez-tez gündəmə üzündəki uğursuz dəyişiklərlə gəlir. Onun hər dəfə yayılan fotosu izləyiciləri təəccübləndirir.

Müğənni Günel Ələkbərova da bir vaxtlar uğursuz dodaq dolğusundan əziyyət çəkib. Dodaqlarını böyütdürən sənətçi daha sonra plastik əməliyyatla onu kiçiltdirib.



                   

Digər Xəbərlər