Namiq küsülü olduğu xalq artisti ilə barışdı

Namiq küsülü olduğu xalq artisti ilə barışdı
1462 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlu küsülü olduğu xalq artisti Nisə Qasımova ilə barışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Pərdə” verilişinə açıqlamasında barışıq üçün ilk addımı özünün atdığını bildirib:

“Həmişə barışıq tərəfdarı olmuşam. Günahkaramsa, zəng vurub aydınlıq gətirmişəm. Nisə xanım sənətkardır. Bir dəfə maqazin verilişlərinin birində anlaşmazlıq baş verdi. Ondan sonra məndən incidi. Mən də zəng vurub danışdım, məsələyə aydınlıq gətirdim. Amma həmin hadisədən bəri üz-üzə gəlməmişik. Əminəm ki, aramızda küsülülük qalmayıb. Nisə xanım konsert verəcək, mütləq onu dinləməyə gedəcəyəm. Bilirəm ki, orada sənət göstərəcək. Belə konsert izləmək üçün burnumun ucu göynəyir”.

Məsələ ilə bağlı fikirlərini bölüşən Nisə Qasımova Namiqə qarşı kin saxlamır:

“Aramızdakı yaş fərqini nəzərə alıb özü mənə zəng vurdu. Ona dedim ki, Namiq, sənin kimi gözəl tərbiyəyə sahib olan birindən bunu gözləməzdim. Məsələyə aydınlıq gətirdik, indi inciklik qalmayıb. Həmişə deyirəm, o, sənəti olan biridir”.