Ayrılıq yaşayan məşhurlarımız

Ayrılıq yaşayan məşhurlarımız
5774 dəfə oxunub
  • A-
  • A
  • A+
Yerli ulduzlar hər zaman şəxsi həyatları ilə maraq dairəsində olublar. Kimi sevgilisi, kimi əri ilə gündəmə gəlib. Kiminin isə boşanma xəbəri günlərlə müzakirə olunub. Əksəriyyəti isə ayrılıq yaşayıb.

Axşam.az ayrılıq yaşayan ulduzların bəzilərini təqdim edir:

Əməkdar artist Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovdan 2014-cü ildə boşanıb. Cütlüyün Hüseyn adlı bir oğlu var.



Xalq artisti Faiq Ağayev 1 dəfə evli olub. 14 il əvvəl Nigar Topçubaşova adlı xanımla evlənən müğənni 2 il sonra boşanıb. Hazırda Nigar ikinci dəfə ailəlidir. Qeyd edək ki, F.Ağayevin böyük oğul övladı var. Bu haqda çox danışmağı xoşlamayan sənətçi övladının anası haqda heç vaxt açıqlama verməyib.



Əməkdar artist Lalə Məmmədova həyat yoldaşı İlham bəylə 2013-cü ilin yayında boşanıb. Cütlüyün bu evlilikdən Nərgiz və Çinarə adlı iki qızı var.



Aparıcı Könül Muxtarova aktyor Elçin Məmmədovla 2012-ci ildə ailə qurub. 2015-ci ildə isə evliliklərinə son veriblər. Cütlüyün İnci adlı bir qız övladı var.



Müğənni Kərim Abbasov 2008-ci ilin yanvarında prodüser Təranə Səmədova ilə evlənib. Cütlük daha sonra qalmaqallı şəkildə boşanıb. Kərim ikinci dəfə Təranə adlı başqa xanımla evlənib. Təranə isə o vaxtdan sonra ailə qurmayıb.



ATV telekanalının məşhur aparıcıları Samirə Mustafayeva və Vaqif Aydınoğlu da evliliklərinə son qoyublar. Uzun illər ailəli qalan cütlük 2016-cı ildə gözlənilməz şəkildə boşanıb. Onların bir qız övladı var.



Rejissor Fuad Əlişov aktrisa həyat yoldaşı Sevinc Əlişovadan ayrılıb. Cütlüyün bu nikahdan üç övladı dünyaya gəlib.



Əməkdar artist Sevda Ələkbərzadə Cənubi Azərbaycandan olan Kamiyardan ayrılıb. Onlar 2015-ci ilin mayında ailə qurmuşdu. Müğənni bildirib ki, keçmiş əri xaricdə yaşayır, özünün isə işləri Azərbaycandadır. Buna görə də onlar ayrı ölkələrdə yaşamaq məcburiyyətindədirlər.



Müğənni Dilarə Kazımova da türkiyəli əri Mert Aslanla ayrılıb.



“Eurovision 2011”in qalibi Nigar Camal müsabiqədən sonra həyat yoldaşından ayrıldı. Onun bu nikahdan iki qızı var.



Repçi Elşad Xose və rəqqasə Oksana Rəsulova 2012-ci ildə evlənib. Bir neçə ay sonra isə cütlük ayrılıb. Oksana Elşada qədər iki dəfə evli olub.



Müğənni Zamiq Hüseynov Nigar adlı xanımla ailə qurub. Bir neçə aydan sonra cütlük boşanıb.



Müğənni Natavan Həbibi reper Səid Əliyev (Dado) ilə ailə qurmuşdu. Cütlük cəmi 5 ay ailəli qalıb.