"Sənətə necə gəldiyinizi..." - Xatirə ilə əkizlər arasında qalmaqal

"Sənətə necə gəldiyinizi..." -  Xatirə ilə əkizlər arasında qalmaqal
8388 dəfə oxunub
  • A-
  • A
  • A+

Əkizlər Sevil və Sevinc Səfərova bacıları “ATV maqazin onlarla” rubrikasının “Hit-parad” rubrikasının qonağı olublar.

Axşam.az-ın məlumatına görə, müğənnilər bir çox ifaçıların ünvanına sərt sözlər deyiblər.

Əkizlər müğənni Xatirə İslamın “Viranə” mahnısını dördüncü pilləyə qoyublar. Onlar Xatirə haqda qalmaqallı açıqlama veriblər. Onlar Miri Yusifi tənqid edən Xatirəyə “Efirdə görünməsə unudulacaq” sözlərini deyib.

İslamın bacılara cavabı da gecikməyib. O, bacıları qeyri-peşəkarlıqda ittiham edib:

“Gözəl qızlarım, əvvəla sizə ayıb olsun ki, siz başınızdan böyük danışmısınız. Bunu sizə heç yaraşdırmadım. Heç bir musiqi savadı olmayan, sənətə yeni gəlmiş müğənni kimi heç bir uğura imza atmayan gənc və dəliqanlı qızların 18 il peşəkar səhnədə olan, Azərbaycanın bütün karifeylərinin dərsini alan sənətçiyə fikir bildirə bilər?

Mən sizi başa düşürəm, çoxdandır efirlərdə yoxsunuz, yeni hit mahnı da yoxdur bununla gündəmə gəlməyi düşündünüz? Ailə qurduqdan sonra 1 il efirə çıxmadım və unudulmadım da, olduğum yerdən məmnunam. Hamı qulağını açıb eşitsin, sənəti ən az sənətim qədər olan kəslər adımı çəkə bilər, gedin bu sənətə niyə və necə gəlmisiniz bir az oturun fikirləşin, başınızı böyük yerlərə soxmayın. Adam gündəmdə olmaq üçün hər şeyə getməz, bundansa gözəl bir vokal və ya muğam dərsi keçib oxumağı öyrənə bilin. Nə qədər ki, səs və sənət yoxdur, heç vaxt sözünüzün kəsəri olmayacq.

Heç görmüsüz ki, sənəti olan məndən danışsın? Çünki sənəti olan məni başa düşər. Bu gün kimlərsə gündəmdə ola bilər, amma bilin ki, oxuyan adam içəri girəndə həmin şəxs stolun altında olur. Son sözü bilirsiz kim deyir? Sənəti olan”.