"Niyə kiməsə görə məclisdən gedim?"

"Niyə kiməsə görə məclisdən gedim?"
1486 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Zamiq Hüseynov əməkdar artist Abbas Bağırova görə xalq artisti Brilliant Dadaşovanın olduğu məkanı tərk etməsinə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Xəzər maqazin”ə açıqlamasında deyib ki, işi olduğu üçün tədbirdən tez gedib:

“Heç kimi görməmişəm. Görsəm də, onun məclisə aidiyyatı yoxdur. Niyə kiməsə görə məclisdən gedim? Çağıran adama hörmətim var. Xoşum gəlmirsə, niyə tədbirinə gedim?

Çağıran adamın mənim sevmədiyim çox tanışı ola bilər. Mənim studiyada tədbirim var idi, ona görə də tez getdim”.