“Beləsini heç kim etməyib” – Səmradan iddialı sözlər

“Beləsini heç kim etməyib” –  Səmradan iddialı sözlər
4531 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli son günlər sosial şəbəkədə paylaşdığı açıq-saçıq fotoların səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, şəkillər onun yeni klipinin çəkilişi zamanı lentə alınıb. Səmra eyni zamanda hələ Azərbaycan şou-biznesində belə bir klip olmadığını iddia edib:

“Özümdən razı olduğum üçün deyil, gördüyüm işlərin keyfiyyətinə güvənərək, əminliklə deyə bilərəm ki, bu formatda yerli şou-biznesdə beləsi olmayıb, ilk klip gəlir. Hazırsınız? Sizcə bu dəfə sizi nə kimi kliplər gözləyir?”.

Qeyd edək ki, Səmra bundan əvvəl ombası görünən şəkillə gündəmə gəlmişdi.