“Çox görürəm ki, kimlərsə mənə pislik etməyə çalışır. Fikir vermirəm, özləri sakitləşir. Nəfsimin qabağını ala bilirəm. Bizim müğənnilərin bəzilərində bu çatmır. Beş-on manat üçün stollara qaçırlar. Elə olur ki, aylarla pul qazanmıram, amma mənə pis təsir etmir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “Hər şey daxil” verilişində qonaq olarkən deyib.

Sənətçi xalq artisti Aygün Kazımova ilə bağlı sualları cavablandırıb. O, proqramın aparıcısı Tarix Əliyevin “Aygün Kazımova Namiq duetinin yerini heç nə vermir. Siz peçat vurmusunuz” sözlərinə belə cavab verib:

“Hələ elə bir şey yoxdur. Amma ola bilər, heç kim deyə bilməz ki, davamlı olmasın, mümkün deyil. Ola bilər, gələcəkdə”.



                 

Digər Xəbərlər