Cerenin cəzası bəlli oldu

Cerenin cəzası bəlli oldu
2411 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli model-aktrisa Ceren Hindistanı keçmiş həyat yoldaşı Ümit Aslan məhkəməyə vermişdi.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, buna səbəb Cerenin verilişlərdən birində Ümit haqqında fikirlər səsləndirməsi olub. “Duymayan kalmasın” adlı verilişə qonaq olan aktrisa efirdə bu sözləri səsləndirib:

“Ümit Aslan övladına təzminat ödəmir . Amma hər yerdə ödədiyini deyir. Mənə göndərdiyi 70 min lirənin təzminatla heç bir əlaqəsi yoxdur. Həm də mənə qarşı zor tətbiq edirdi”.

Bir neçə gün əvvəl keçirilən məhkəmədə Ümitin tələbi qəbul edilməmişdi. Bu gün baş tutan məhkəmədə isə Cerenin keçmiş sevgilisi haqda danışmaması və onu təhqir, tənqid etməməsi qərarı verilib.