Əkizlərin Antalyada telefonu oğurlanıb

Əkizlərin Antalyada telefonu oğurlanıb
3246 dəfə oxunub
  • A-
  • A
  • A+

Əkiz bacılar Sevil və Sevinc Səfərova çəkiliş üçün Antalyaya yollanıb.

Axşam.az-ın məlumatına görə, səfər zamanı bacılardan birinin telefonu itib. Bu haqda “5/5” verilişində aparıcı Zaur Kamal deyib:

“Sevil bahalı telefonunu itirib. Mən də narahat olub düşmüşəm əl-ayağa ki, tapaq. Amma qızın vecinə deyil. Deyir, heç nə olmaz, içində heç nə yoxdur”.

Sevinc isə “Anam həmişə deyir ki, bəla bununla getsin. Göz-nəzərə inanıram. Ona görə də vecimizə deyil. Təki telefon itsin, canımız sağ olsun” cavabını verib.