Əməkdar artist kökəlib 90 kiloqram oldu

Əməkdar artist kökəlib 90 kiloqram oldu
6079 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Aybəniz Haşımova kökəlib 90 kiloqram olub.

Axşam.az-ın məlumatına görə, bu haqda müğənni özü xəbər verib. O bildirib ki, artıq çəkidən əziyyət çəkir və pəhrizə başlayıb:

“Bayaq bazara getmişdim. Kökəlmişəm biraz. Bazarda deyirəm ki, “Mənəm də, Aybəniz Haşımova”, durub təəccüblə baxırdılar. İndi çörəkdən tamamilə imtina etmişəm. Hərdən axşam bir dilim qara çörək yeyirəm. Əvvəl səhər yuxudan oyananda üzüm şiş olardı. İndi səhər oyanıram ki, o şiş çəkilib. 90 kilo çəkim var. Anam o günü deyir ki, səni dünyaya gətirəndə 2 kilo 400 qram idin. Niyə bu boyda olmusan?”.