Cennifer Lopez oğurluqda ittiham olunur

Cennifer Lopez oğurluqda ittiham olunur
1465 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Cennifer Lopez və keçmiş həyat yoldaşı Mark Entoni böyük bir qalmaqalla üz-üzə qalıblar.

Axşam.az xəbər verir ki, amerikalı prodüser Con Ceykobs bu günlərdə 25 milyon dollarlıq təzminat tələbi ilə məhkəməyə müraciət edib.

O, cütlüyü 2012-ci ildə yayımlanan “Q'Viva! The Chosen” şousunun ideyasını oğurlamaqda günahlandırıb. Ceykobsun sözlərinə görə, ölkəni gəzib istedadlar axtaran iki latın amerikalı məşhurun yer aldığı verilişin süjet xətti prodüserə məxsusdur. Hazırda məhkəmə Con Ceykobsun şikayətini dəyərləndirir. Cennifer və Mark cütlüyü isə məsələni şərh etməkdən imtina edib.