Təcavüz etdiyi deyilən aktyordan yeni xəbər

Təcavüz etdiyi deyilən aktyordan yeni xəbər
2774 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, “Yasak elma” serialında rol alan Talat Bulut bir müddət əvvəl serialdan uzaqlaşdırılmışdı. Buna səbə isə aktyorun kamera arxasında çalışan işçilərdən birinə təcavüz etməsi olub.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, yeni qərara görə, Talat Bulut yenidən serialda rol almağa davam edəcək. Aktyorun həmkarları isə qərara etiraz edib və bu sözləri deyiblər:

“Təcavüzə məruz qalan qadının baş verənləri danışması çətindir. Aktyora haqq verən, onun tərəfini tutan bu ədalətsiz qərarı qəbul etmirik. Bu qərar təcavüzə məruz qalan qadınların cəsarətini qıracaq, kişilərə isə daha da güc verəcək. Biz kamera arxasında çalışan xanımın yanımdayıq. Kanal rəhbərliyindən və serialın rejissorundan bu qərarı yenidən gözdən keçirməsini istəyirik”.