Canlı yayımda hamilə olduğunu açıqladı

Canlı yayımda hamilə olduğunu açıqladı
2313 dəfə oxunub
  • A-
  • A
  • A+
"Kanal D"də efirə gedən “4 Kadın Zamanı” proqramının aparıcılarından olan Eylül Öztürk hər kəsi təəccübləndirib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən il Barış Kenan Özkanla ailə quran aparıcı canlı yayımda hamilə olduğunu deyib.

Sevindirici xəbəri tamaşaçıları ilə bölüşən Öztürk "Hamiləyəm, amma hələ uşağın cinsi bəlli deyil. Uşağım olacağını eşidəndə əvvəl qorxdum. Amma həyat yoldaşım dəstək oldu. İndi çox xoşbəxtəm" sözlərini deyib.