Kibariyə ona xəyanət edən əri ilə istirahətdə - Fotolar

Kibariyə ona xəyanət edən əri ilə istirahətdə -  Fotolar
1178 dəfə oxunub
  • A-
  • A
  • A+

Kibariye ona xəyanət edən əri Ali Küçükbalçıkla Bodrumda dincəlir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşı ilə alış-verişə çıxan sənətçi paparassilərin obyektivinə tuş gəlib.

Kibariye ərinin xəyanəti ilə bağlı ünvanlanan suallara "O cür mövzuları geridə qoyduq. Bütün fikrimi işimə yönəltmişəm. Konsertlərim var. Mənə başqa sual verməyin" cavabını verib.

Ali isə arvadının "Ali xəyanət edərsə, görüntüləyin" sözlərinə bunları deyib:

"Qızımla getdiyim çimərlikdə fotolarımı çəkib "arvadına xəyanət edir" dediniz. Həyatım açıq-aydın ortadadır, gizlədəcək nəyimsə yoxdur".

Kibariye və Ali daha sonra avtomobilinə minərək hadisə yerindən uzaqlaşıblar.