Rəngarəng pəhriz

Rəngarəng pəhriz
1235 dəfə oxunub
  • A-
  • A
  • A+

Arıqlamaq və düzgün bədən quruluşuna sahib olmaq bütün xanımların istəyidir.

Axşam.az həm sağlamlığınızı qoruyacaq, həm də ideal bədənə sahib olacaqğınız pəhrizi təqdim edir:

• Orta ölçüdə, cürbəcür rəngdə 2-3 ədəd müxtəlif tərəvəzi yuyub, qurulayıb, bıçaqla 1-2 yerdən deşib, əvvəlcədən isidilmiş sobada bişir.

• Tərəvəzlər qabıqlı bişməlidir.

• Tərəvəzlər isti halda yeyilməlidir.

• Pəhriz zamanı ət əvəzinə balıq yemək çox xeyirlidir.

• Əgər şirniyyat yemək istəyirsənsə, meyvələri sobaya eyni qaydada yerləşdirib, üzərinə darçın səp. Desert isti və soyuq halda yeyilə bilər.

• Gün ərzində ancaq adi su iç. Bu, bütün mədə-bağırsağı, dəridəki civzələri təmizləyər, dərini nəmləndirər.

• Çəkini normada saxlamaq üçün rasionuna sarı və narıncı rəngli bitkiləri daxil et. Onlar orqanizmi həm də stresdən uzaqlaşdırır.

• Qırmızı tərəvəzlər insanı kökəldir. Ona görə də sarı və narıncı bitkiləri qırmızılarla birgə yemək olmaz. Onlar yaşıl bitkilərlə yeyilməlidir.

• Çəkini azaltmaq istəyirsənsə, seçimini yaşıl bitkilərdə saxla.

• Bənövşəyi rəngli tərəvəzləri ayda bir dəfə yemək lazımdır. Onların çox qəbulu orqanizmə ziyandır.

• Pəhriz zamanı kartofdan az istifadə et.

KARTOF C, PP, B vitamini ilə boldur. Onun tərkibində fosfor, yod, natrium, maqnezium, sink, bor, kobalt, nikel, kalsium, dəmir var. Amma unutma ki, üzərində yaşıl ləkələr olan kartof solanin əmələ gətirir, bu da xərçəng yaradır.

ÇUĞUNDUR hər cür onkoloji şişləri müalicə edir. Çuğundur yemək qastriti olan insanlara ziyandır. Hamilə və klimaks dövrü keçirən qadınlara bu bitkidən hər gün yemək məsləhətdir. Çuğundur trombları əridib, yüksək təzyiqi tənzimləyir, yaraları sağaldır. Çuğundur yeyəndən sonra sidik tünd - çəhrayı rəngdə olursa, demək, orqanizmdə problem var. Açıq çəhrayı rəng isə normal orqanizmdən xəbər verir.

BALQABAQ qaraciyəri təmizləyir, böyrək və bağırsaq sistemini tənzimləyir. Qastrit xəstələrinə ziyandır.

KÖK yaraları, ürək-damar sisteminin məlhəmidir, dişləri bərkidir xolesterini və yeməkdən sonra mədədəki ağırlığı azaldır.

Sobada bişmiş tərəvəzlərlə bərabər KƏLƏM şirəsi içmək super -arıqladıcı effekt verir. Kələmin üzərinə qaynar su töküb, bir neçə dəqiqədən sonra yemək mədə xorasını sağaldır, bakteriyaları öldürür.

BİBƏR antibakterial təsir göstərib, təbii aspirin xarakteri daşıyır.

BADIMCAN ürəyin dərmanıdır.