Bir neçə gün əvvəl həyat yoldaşı Okan Kurtdan boşanan Demet Akalının qızı ilə birgə yaşadığı evini su basıb.

Axşam.az “Posta”ya istinadən xəbər verir ki, sənətçi bu barədə İnstaqram hesabında yazıb:

“İndi sizə nə deyim mən? Gələn vəkil və icra hakimini məhkəməyə verəcəm. Evimin sökmədiyiniz bir yeri qalmadı. Bu yağışlı havada evi su basıb. Qızımın əşyaları pis hala düşdü. Mən sizə o gün öz əllərimlə çay verdim. Güvənib qızımla birgə evdən çıxdım. Sizə nə etmişəm ki, evimi bu hala saldınız? Borclu olduğumuz adamın uşağı dünyaya gələndə keçmiş həyat yoldaşım qızımın qızıllarından apardı. Mən sizdən xahiş etdim axı. Dedim ki, Hiranın ilk dərs günüdür, onun otağına girməyin. Sizin probleminiz mənimlə deyil. Borcu olan da mən deyiləm. Yalandan boşanıb deyənlərin də hamısını Allaha tapşırıram. Hardadır uşaq, ailə məhkəməsi. Hardadır mənim haqqım”.



                 

Digər Xəbərlər