Telman İsmayılovun bacısı oğlu müğənnini oğurladığı üçün həbs edildi

Telman İsmayılovun bacısı oğlu müğənnini oğurladığı üçün həbs edildi
1753 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvanın Basmannı rayon məhkəməsi Çerkizov bazarının sabiq rəhbəri, azərbaycanlı milyarder Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanovu müğənni Avraam Russonun oğurlanmasında müqəssir bilərək iki ay müddətinə həbs edib.

Axşam.a Report-a istinadən bxəbər verir ki, qərarı hakim Yelena Lenskaya elan edib.

"Məhkəmə qərara alıb: istintaqın vəsatəti təmin edir ki, Mərdanov barəsində noyabrın 17-dək iki ay müddətinə həbs qətimkan tədbiri seçilsin", - deyə qərarda bildirilir.

O, bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılmış insan həyatı və ya sağlamlığı üçün təhlükəli olan güc tətbiqi və ya belə bir zorakılıq təhdidi ilə (RF CM-nin 126-cı maddənin 2-ci hissəsi) törədilmiş oğurluq hadisəsi üzrə ittiham olunur.

Müstəntiq məhkəmədə bildirib ki, Mərdanovun cinayətdə iştirakı şahidlərin ifadələri və ekspertiza rəyləri əsasında toplanmış sübutlarla əsaslandırılıb.

Azərbaycan əsilli Rusiya vətəndaşı günahını etiraf etməyib:

"Mən cinayət törətməmişəm, etiraz edirəm. 14 il keçib, indi ayılıb. Nə oldu birdən-birə?", - deyə o bildirib.

Qeyd edək ki, Rusiyalı müğənni Avraam Russo bir müddət əvvəl hüquq-mühafizə orqanlarına müraciət edərək, 2004-cü ildə oğurlanmasının və döyülməsinin biznesmen Telman İsmayılovun sifarişi əsasında olduğunu bildirib.