Evlilik proqramının qadın iştirakçıları bir-birinə aşiq oldu

Evlilik proqramının qadın iştirakçıları bir-birinə aşiq oldu
2610 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə uzun müddət yayımlanan “Kısmetse olur” adlı verilişin Vyetnam versiyasında maraqlı və təəccüblü anlar yaşanıb.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, verilişin iki qadın iştirakçısı bir-birinə aşiq olduqlarını etiraf ediblər. Onlardan Minh Thu adlı qız heç bir oğlanı bəyənmədiyini və Truc Nhu adlı digər xanım iştirakçını sevdiyini açıqlayıb.

Sonra o, Trucu qucaqlayaraq “Mənimlə bizim evə gəl” sözlərini söyləyib. Ardınca Nhu sevdiyi bəyə yaxınlaşaraq “Ümid edirəm ki, səni sevəcək birini taparsan” deyib və həmcinisi ilə birgə verilişi tərk edib.

Baş verənlər sosial mediada tənqid olunub.