Ağadadaşdan Səmədə hədiyyə

Ağadadaşdan Səmədə hədiyyə
2340 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Ağadadaş Ağayev həmkarı Səməd Səmədova “Getmə” adlı mahnı hədiyyə edib.
 
Axşam.az-ın məlumatına görə, S.Səmədov deyib ki, bu hədiyyə onun üçün çox dəyərlidir:

“Tanıyanlar bilir ki, dünya malında gözüm yoxdur. Həyatın hər üzünü görmüş insanam. Mənim üçün göstərilən diqqət daha önəmlidir. Sənət dostum Ağadadaşın bu hədiyyəsi mənə maşın, ev qiymətindən də bahalıdır. Çünki müğənni üçün ən gözəl hədiyyə elə mahnıdır”.

S.Səmədov onu da əlavə edib ki, sözləri Baba Vəziroğluna, aranjimanı Osmana məxsus olan bu bəstəyə klip də çəkdirib. Ekran işinin rejissoru Arzu Abbasovadır.