Arvadı Ardaya dəstək oldu

Arvadı Ardaya dəstək oldu
2944 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün futbolçu Arda Turan müğənni Berkayın burnunu sındırıb. İkili arasında gərginliyin yaranmasına səbəb isə Ardanın Berkayın həyat yoldaşı Özlem Adaya söz atması olub.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, futbolçunun hamilə həyat yoldaşı Aslıhan Doğan da baş verənlərə biganə qalmayıb və sosial media hesabından bu sözləri yazıb:

“Yaşadıqları ilə yetkinləşən bir insan, böyüdülmə formasına görə ailənin nə olduğunu bilən, düşünüləndən daha güclü qadın və bir ana namizədi kimi yazıram.

Münasibətimizin ilk günündən evliliyimizin bu gününə qədər nə axmaqlıq varsa, hamısı qarşıma qoyuldu. Fərqli düşüncələrə xidmət edən, məni sosial mediada tənqid etməyi özünə borc bilən və bədbəxtlikdən zövq alan insanlarla qarşılaşdım.

Səbrimi dəfələrlə sınağa çəksələr də heç kimə istədiyini vermədim. Bu gün də verməyəcəm.

Allahın icazəsi ilə oğlumu qucağıma almağıma çox az qalıb. Yazılan heç bir şey və heç bir 3-cü şəxsin mənə və ailəmə zərər verə biləcək gücdə olmadığını bildirmək istədim”.