Əməkdar artist Naina İbrahimovanın boşanma xəbəri yayılıb.

Axşam.az-ın məlumatına görə, İnstaqramda bəzi səhifələr aktrisanın bir müddətdir həyat yoldaşı ilə yollarını ayırdığını yazıb. Bəzi yaxınları da onun ayrılmasını təsdiqləyib.

N.İbrahimova saytımıza açıqlamasında bunun doğru olmadığını deyib:

"Məşhurların şəxsi həyatı haqda bu cür xəbərlər tez-tez yayılır. Ola bilsin ki, məntədbirlərə həyat yoldaşımla qatılmadığım üçün belə düşünüblər. Yoldaşımın vaxtı yoxdur ki, mənimlə hər yerə getsin. Bütün günü işdə olur. Boşanmamışam. Hələ də rəsmi olaraq nikahdayam. Əgər nə vaxtsa ayrılsam, bunu deməkdən heç çəkinmərəm".

Qeyd edək ki, N.İbrahimova 2013-cü ildə ailə qurub. Onun 2015-ci ildə oğlu dünyaya gəlib.


                 

Digər Xəbərlər