"Artıq qərarımı verdim..." - Xatirə

"Artıq qərarımı verdim..." -  Xatirə
4597 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam İnstaqram səhifəsi ilə bağlı yeni qərar verib.

Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, artıq heç bir paylaşımında şərh bölümünü açıq qoymayacaq:

"İzləyicilərimi çox sevirəm, amma artıq qərarımı verdim. Şərh bölməsini bağlı elan edirəm. Səbəbi isə hədsiz dərəcədə reklamların yazılmasıdır. Biz özümüz də hədrdən reklamlar edirik, bu da lazımdır. Çünki məşhur simaların səhifələri tez-tez izləndiyi üçün bəzən kiçik biznesi olan insanlar yararlanmaq istəyir. Lakin şərhlər bu reklamın keyfiyyətini effektsiz edir. Bütün çox izləyicisi olan səhifələrə də bunu tövsiyyə edirəm".