Çoxdan gözlənilən etiraf gəldi: "Bəli, evləndim" - Fotolar

Çoxdan gözlənilən etiraf gəldi: "Bəli, evləndim" - Fotolar
2795 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Castin Biber model Hayli Baldvinlə Los-Ancelesdə kafelərdən birindən çıxarkən görüntülənib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı jurnalistlərin suallarını cavablandırıb. O, "Hayli ilə evlədiyiniz doğrudurmu" sualına "Bəli, evləndim" deyə cavab verib.

Qeyd edək ki, ötən ay 24 yaşlı modellə 26 yaşlı müğənni Nyu-Yorkda nikah haqqında şəhadətnamə verilən məhkəmə binasından çıxarkən görüntüləniblər. Onların rəsmi nikah bağlanması barədə xəbər yayılsa da, sonradan Heyli instaqram səhifəsində məlumatın yalan olduğunu qeyd edib. Lakin modelin əmisi, aktyor Alek Bolduin də qardaşı qızının Biberlə evləndiyini təsdiqləmişdi.