Daha bir müğənnimiz biznes-ledi olacaq - fotosessiya

Daha bir müğənnimiz biznes-ledi olacaq - fotosessiya
2947 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günay İbrahimli biznes-ledi olmaq sevdasına düşüb. Bu haqda Axşam.az saytına açıqlamasında sənətçi özü məlumat verib.

O, uzun müddətdir ki, əlavə qazanc yerinin olması haqda düşündüyünü bildirib:

“Bu il biznes qurmaq istəyirdim. Hələ ki, dostlarım məsləhət görmədi. İstəyirəm pul qoyduğum iş uğurlu alınsın. Ona görə bu sahədə daha da təcrübə toplamağa qərar verdim. Sonra bir iş qurub, biznes-ledi olacağam. Müğənniliklə yanaşı bütün həmkarlarımın biznes qurmasını istəyərdim. Oxumaqla hər zaman pul qazanmaq olmur. Əlavə gəlir yerin olmalıdır ki, irəli gedəsən. Qazancımı mahnılarıma, geyimlərimə və maşınımın kreditinə xərcləyirəm. Özümə pul qalmır. Quracağım iş isə böyük ehtimalla moda ilə bağlı olacaq”.

Foto: Bəhruz ƏLİZADƏ