"Uşaqlara süd vermirəm, çünki reanimasiyadadılar" - Rəqsanə

"Uşaqlara süd vermirəm, çünki reanimasiyadadılar" -  Rəqsanə
2092 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılova ana olduqdan sonra xeyli çəki atıb.

Axşam.az-ın məlumatına görə, sənətçi hamiləlik vaxtı çəkisinin 80 kiloqrama qədər artdığını bildirib:

"Heç bir əməliyyat etdirməmişəm, etsəm deyərəm. Hamiləlikdə sentyabra qədər 80 kiloqram idim. Uşaqlar dünyaya gəldiyi gündən stress yaşayıram, yemirəm. Bəzi dərmanlar qəbul edirəm ki, ona görə yeməliyəm. Soruşursuz, uşaqlara süd verirəm? Vermirəm, çünki uşaqlarım dünyaya gələndən reanimasiyada, küvəzin altında qaldılar. Onlar qidanı burunlarından zont vasitəsilə qəbul edirlər. Arıqlama davam edirəm".

Qeyd edək ki, Rəqsanənin əkizləri 7 ayında dünyaya gəliblər.