13 il əvvəl sillə vurduğu sənətçiylə üz-üzə gəldi - fotolar

13 il əvvəl sillə vurduğu sənətçiylə üz-üzə gəldi - fotolar
2004 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli model və teleaparıcı Sevda Dəmirəl uzun illər əvvəl canlı efirdə sillə vurduğu aktrisa Hande Ataizi ilə üz-üzə gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, restoranda oturan Hande itləri ilə oradan keçən Sevdanı gördükdə həyəcanlanıb.

Bir neçə saniyə aparıcını izləyən Ataizi media nümayəndələrini gördükdə dostuyla söhbətinə davam edib.

S. Dəmirəl isə Handeni görmədiyini bildirib: "Aradan neçə il keçib. Artıq o hadisəni unutmuşam. Görsəm, onunla danışardım".

Qeyd edək ki, 13 il əvvəl televiziya proqramlarından birində Hande və Sevda arasında mübahisə yaranmışdı. Qəzəblənən S. Dəmirəl aktrisaya efirdə sillə vurmuşdu.