Elza Seyidcahan səhnəyə içi qızıl dolu çanta ilə çıxdı

Elza Seyidcahan səhnəyə içi qızıl dolu çanta ilə çıxdı
3890 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan tədbirlərin birində fotokameramıza tuş gəlib.

Axşam.az-ın məlumatına görə, hər zaman qeyri-adi geyimləri ilə fərqlənən müğənni bu dəfə çantası və ayaqqabısı ilə maraq doğurub. Onun səhnəyə çıxarkən çantasını əlindən yerə qoymaması diqqətdən qaçmayıb.

Müğənni bunun səbəbini belə izah edib:

“Çantamın üzərində brilyant qaşlar var. Həm də içərisinə qızıllarımı yığmışam. Onu masanın üstündə nəzarətsiz qoyub səhnəyə çıxa bilməzdim. Ayaqqabımın üstündəki qaşlar da brilyantdır. Bunları mənə Amerikadan hədiyyə göndəriblər. Qiymətini isə söyləyə bilmərəm. Çünki çox bahalıdır”.

Zəhra Əhmədova