Doğumdan fotolar paylaşdı

Doğumdan fotolar paylaşdı
2667 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, “Güldür güldür”ün məşhur cütlüyü Aylin Kontente və Alper Kulun ikinci oğlu  dünyaya gəlib.

Axşam.az-ın məlumatına görə, aktrisa sosial media hesabına doğum zamanı çəkil fotolar yerləşdirib. Aylin paylaşımına bu sözləri yazıb:

“Sən hər zaman ən çətin, ən asan zamanlarımda məni çox gözəl sevdin. Səninlə öyrəndiyim ən vacib şey sevginin həyəcanlı anlardan sonra əsl eşqə, köklü sevgiyə necə çevrilə bildiyini və çoxaldığını öyrənmək oldu.

Biri ilə bütünləşmək və çoxalmaq bu həyatın ən böyük möcüzələrindəndir. Bu müddətdə sizi var edən dəyərlər sədaqət, hörmət, güvən, qəbul etmək və sevməkdir. Sevgi əmək verməklə var olur”.