"Özünüzü "çin zəhəri"ndən qoruyun" - Səbinə

"Özünüzü "çin zəhəri"ndən qoruyun" -  Səbinə
2334 dəfə oxunub
  • A-
  • A
  • A+

"Fast-food" həyatımızın imtina edilməyəcək qidalarındandır. Dieotoloqlar və məşqçilər onun orqanizm üçün zərərli olduğunu desə də, ən az ayda bir dəfə qida rasionumuza daxil edirik.

"Jeyhun Valiyev professional fitness club"un məşqçisi Səbinə Məhərrəmova "fast-food"la bağlı xanımlara məsləhətlər verib.

"Bütün pəhriz siyahısında, dietoloq və məşqçi məsləhətlərində "fast-food" ziyandır", "yeməyin" kimi məsləhətlər eşitmişik. İlk olara "fast-food"la bağlı açar söz “monosodium glutamat”dır. Buna çin duzu, çin zəhəri deyirlər.

Qidaları daha dadlı hala gətirmək, eyni zamanda doyma hissini itirən bu “zəhər” insanlara təhlükə saçır. Ən qorxulu hissə isə bu maddənin insanlarda bağımlılıq yaratmasıdır.

Bəs, "fast-food" yemək istəyəndə nə edək?

Restoranlarda hazırlanan bu "fast-food"ların hamısında bu maddədən istifadə olunur. Eyni zamanda onlardakı ət, kartof və digər makroqidalar aylarla dondurulmuş halda saxlanılır. Bütün bu qidaların hamısında yuxarı miqdarda zərərli yağ və şəkər var.

"Fast-food" yeyərkən ortalama bir yeməkdə 450-1200 sağlam olmayan kalori qəbul edirik. Qaçış lentində 1 saatda ortalama 500 kalori yandırırıq. 1200 kalori yandırmaq üçün bu hesablamanı aparmaq insanlarda çox narahatedici düşüncələr yaradır.

Sonda məşqçi olaraq "fast-food"u yeməyin" kimi məsləhət verməyəcəm. Düşünürəm ki, "fast-food" yemək olar. Mən "fast-food"u evdə hazırlayıram. Çünki evdə hazırladığımız qidada ət yağsız və “zəhərsiz”dir. Restoranlarda yediyimiz hamburgerdə olan bütün ərzaqların daha sağlamı marketlərdə satılır. Bu ərzaqları alıb evdə rahatlıqla hazırlayıb, yeyə bilərik.  

Restoranda yeyilən "fast-food"ları isə həftədə 1 dəfə yesək daha məqsədəuyğundur. Günün ilk yarısı metabolizm daha surətli olduğundan "fast-food"u həmin vaxtda qəbul etməyimiz lazımdır".

Ünvan: Mirəli Qaşqay 28 (ABŞ səfirliyinin yanı)

Tel.:  (012) 440 91 99

Mob.: (055) 440 91 99