"Şou əhli mənə söz ata-ata gündəmdə saxlayır" - Pərvin
"Azərbaycanda nə evimi, nə də maşınımı satmışam. Hamısı yerindədir. İstanbuldayam, təhsilimlə məşğulam. Ən yaxşı müəllimlərdən dərs alıram".
Axşam.az-ın məlumatına görə, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayımda olarkən deyib. O bildirib ki, İstanbulda aktrisalıq dərslərinə başlayıb:
"Rahat, sakit oynayanda bizim rejissorlar irad bildirir ki, şişirt, duyğularını qabart. Burada sakit, özün kimi oynayırsan. Burada Azərbaycanda gördüklərin keçmir. Təhsil alacam, 3 film var. Sonra bilmirəm Bakıya gələcəm, yoxsa yox. Gələcəyin qərarıdır".
Pərvin "Maşın" şou ilə bağlı suallara isə belə cavab verib:
"Mənsiz "Maşın" şou maraqsızdır. Hamının işi mənimlədir. Mənimlə intiriqa yaradanda maraqlı olur da. Əslində, gündəmdə qalmaq üçün nəsə etmirəm. Şou-biznes əhli mənə söz ata-ata məni gündəmdə saxlayır".