"Qohumlar zəng edir ki, niyə Nigarın toyunu bizdən gizlətmisiniz?"

"Qohumlar zəng edir ki, niyə Nigarın toyunu bizdən gizlətmisiniz?"
2223 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nigar Camal bir müddət əvvəl yayılan gəlinlik geyimindəki fotolarından bəhs edib.

Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, hətta qohumları da onun yenidən ərə getdiyinə inanıblar:

"Bu şəkil sosial şəbəkədə yayılandan sonra bir həftənin içində nə qədər anama zənglər gəlib: dostlardan, işçilərdən, adi tanışlardan. Hamı təbrik elədi. Ən gülməli qohumlar da zəng edir dalbadal ki, niyə bizdən gizlətmisiz. Anam bezə-bezə deyir ki, “Nigardı da, həmişəki kimi məzələndi”. İnanmırlar. Anama deyirəm, heç kim görmədi ki, Afaq idman geyimində, Sevda isə Sindirella paltarındadır?".

Qeyd edək ki, Nigar "ATV maqazin onlarla" verilişinin Yeni il çəkilişi üçün gəlinlik geyimində kamera qarşısına keçmişdi.