"Rəmişin müalicəsinə 10 min lazımdır" - Tolik ağladı

"Rəmişin müalicəsinə 10 min lazımdır" -  Tolik ağladı
3500 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) ağır xəstəlikdən əziyyət çəkir. Onun müalicəsi üçün on min manat lazımdır.

Axşam.az xəbər verir ki, bu haqda prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində deyib. Rəmişlə efirdə telefonla danışan Tolik göz yaşlarını saxlaya bilməyib:

"Ötən gün Rəmiş müəllim telekanala gəlmişdi. Pilləkən çıxa bilmirdi, tənginəfəs olurdu. Onu elə görmək məni çox pis etdi. Buradan imkanlı şəxslərə səslənirəm. Hamıya dəstək olursunuz. Nə olar 10 mindən keçin verin Rəmiş getsin müalicə olunsun. Az gic-gic müğənnilərə pul xərcləyin. Hansısa bilinməyən bir qıza 50 minlik maşın alırsınız. O boyda kişi pilləkən qalxa bilmirdi (ağlayır)".