“YUĞ” “Məhşər günü”nə hazırlaşır

“YUĞ” “Məhşər günü”nə hazırlaşır
249 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 18-də “YUĞ” Dövlət Teatrının yaradıcı heyətinin təqdimatında yazıçı-dramaturq Gela Dumbadzenin “Məhşər günü” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək.

Teatrdan Axşam.az-a bildirilib ki, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq birhissəli səhnə əsəri teatrın baş rejissoru Gümrah Ömərin quruluşunda təqdim olunacaq.

Tamaşada əsas rolları Əməkdar artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Könül Cəfərzadə ifa edəcək. Əsəri Azərbaycan dilinə Nəriman Əliyev tərcümə edib. Səhnə əsərinin musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqrafı Mikayıl Mikayılovdur.

Səhnə əsəri uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edir. O, hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü öldürmək qərarına gəlir. Bir sözlə, içində kök salmış laqeydliyi, təkəbbürü, xudbinliyi tədricən məhv edib əvəzində sevgi, savab kimi mənəvi keyfiyyətləri dirçəltməyi bacarır. Nəhayət, anlayır ki, bu mənəvi keyfiyyətlər insan həyatında əvəzi olmayan dəyərlər və həqiqətlərdir.