Müğənni libaslarını satışa çıxarır - fotolar

Müğənni libaslarını satışa çıxarır - fotolar
6042 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli qarderobundakı paltarları satışa çıxaracaq.

Bu haqda sənətçi Axşam.az-ın əməkdaşı ilə söhbətində məlumat verib:

“Qazancımın yarıdan çoxunu libaslara xərcləyirəm. Artıq evimdə paltardan yer yoxdur. Mən müğənniyəm. Bir məclisə geyindiyim paltardan təkrar-təkrar istifadə edə bilmərəm. Eyni libası üçüncü dəfə geyinəndə insanlar danışmağa başlayırlar: buna bax, bir koftanı nə qədər geyinmək olar? Buna görə də məcburi olaraq çoxlarından imtina edirəm. Qarderobumda geyinmədiyim şeylər çoxdur. Bunları satışa çıxaracağam. Burada dəyəri 25 manatdan 7 min manata qədər olan paltarlar var. Onları fərqli qiymətlərə satacağam. Amma eləsi də var ki, heç vaxt satmaram, elə qarderobumda da qalacaq”.