Kəklikotu çox faydalı otdur və bir çox hallarda effektli təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.
Axşam.az xarici mediaya istinadən bu barədə məlumat verir:
- İlk növbədə kəklikotu insanın sinir sisteminə çox müsbət təsir edir;
- beyində qan dövranını və mübadilə prosesləri yaxşılaşdırır;
- sakitləşdirir, əsəbiliyi aradan qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır;
- baş ağrıları zamanı yaxşı kömək edir;
- xroniki yorğunluqla mübarizə aparır;
- yuxunu bərpa edir;
- yaddaşı və təfəkkürü yaxşılaşdırır.
- Kəklikotu immun sistemi üçün də çox xeyirlidir. Soyuq fəsillərdə kəklikotu çayı soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədi ilə istifadə oluna bilər.
- Kəklikotu bəlğəmgətirici xüsusiyyətlərinə malikdir.