“İntizar” operası yenidən səhnədə

“İntizar” operası yenidən səhnədə
233 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunacaq.

Bəstəkarlar İttifaqından Axşam.az-a bildirilib ki, operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.

Səhnə əsəri Xeyir və Şər qüvvələrin mübarizəsi, günahsız insanların ölümü, yaxın qonşuların xəyanətindən bəhs edir.

Səhnə əsərində rolları Xalq artistləri Qərinə Kərimova, Əkrəm Poladov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Tural Ağasıyev, İlham Nəzərov, Səbinə Vahabzadə, Fəridə Məmmədova və başqaları canlandıracaq.

Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.