Xəyalə ilə Aysun küsülüdür?

Xəyalə ilə Aysun küsülüdür?
2183 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Xəyalə Quliyeva müğənni Rəqsanə İsmayılovanın qızı Aysunla aralarında yaranan söz-söhbətə aydınlıq gətirib. 

Axşam.az-ın məlumatına görə, "Maşın" şouda iştirakı zamanı qonaq kimi verilişə gələn Aysun aktrisanı öpmək istəyəndə, o, üzünü çevirmişdi. Bu isə sosial şəbəkədə paylaşılıb, qalmaqala səbəb olmuşdu. 

Xəyalə bildirib ki, həmin hərəkətləri qəsdən etməyib:

“Yarışmadan çıxandan sonra xəbərlərə baxdım ki, belə bir başlıq yazıblar ki, Aysun gəlib oxuyub, Xəyalə ona üzünü döndərib. Birincisi, biz çox yorğun idik. Orada heç başımızı qaldırıb kiməsə baxmağa halımız yox idi. Bizdən sağ tərəfdə də monitorlar var idi. Özümüzə oradan baxırdıq. Aysun oxuya-oxuya gəldi keçdi arxa tərəfə. O arxaya keçəndə mən ona monitordan baxmaq istədim, çünki arxamı görmürəm. Mən dönüb monitora baxan anda Aysun üzünü gətirdi öpməyə. Elə alındı ki, o məni öpür, mən isə üzümü çevirirəm. təsadüfən olan bir hadisə idi”.