Qalın qaşları sayəsində pula pul demir - Fotolar

Qalın qaşları sayəsində pula pul demir - Fotolar
3392 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikada yaşayan Samanta Diqiakomo adlı gənc qız illərdir lağa qoyulan qalın qaşları ilə məşhurlaşıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bir çox model agentlikləri ona məhz qaşlarına görə müraciət edərək reklam çarxlara çəkmək istəyirlər.

Həyatı boyunca qaşlarını aldırmadığını deyən Samanta makiyajdan da çox istifadə etmədiyini bildirib.

Hazırda qalın qaşların dəb olduğu dönəmdə bir necə şirkətlə müqavilə bağlayan Diqiakomo təbii gözəlliyi sayəsində sərvət qazandığını açıqlayıb.