Xalq artisti nəvəsinə ad günü keçirdi - Fotolar
Xalq artisti Firuz Əliyev nəvəsinə ad günü edib.
Axşam.az-ın məlumatına görə, F.Əliyevin oğlu Əlinin övladının 1 yaşı tamam olub.
Musiqiçi öz adını qoyduğu Firuzun özəl gününə sənət dostlarını da dəvət edib. Restoranlardan birimdə keçirilən gecədən şəkilləri qonaqlar sosial şəbəkədə yayıb.
Qeyd edək ki, Əli 2016-cı ildə ailə qurub.