Nadir onları "Vineqred" salatına bənzətdi

Nadir onları "Vineqred" salatına bənzətdi
2826 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə gənc ifaçıları tənqid edib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Mahsup", musiqili meyxana oxuyanları qınayıb. Nadir "X maqazin"ə açıqlamasında bu tip ifaları "Vineqred" salatına oxşadıb:

"Bizim təbəqə çəkildi kənara, verdik meydanı gənclərə. Göstərsinlər özlərini. İndi gitara və kitab alırlar əllərinə... Bu, sənət deyil, məzələnməkdir. Deyirlər, köksüz insan, indi də köksüz mahnılar var. Bilmirsən bunları harada, kim yazıb.

Hind, fars musiqisi gözəldir. Amma bizimkilər bunu qarışdırır, olur "Vineqred" salatının pis forması. Biri oxudu musiqili meyxana tipli, bəsdir də. Hamısı meyxana tipində oxuyur. Heç meyxana da deyil bunlar. Anlamırsan bu janrın adı nədir.

"Mashup"ı heç ciddiyə almıram. Toylarda oxunan popuridir də. Onların da ömrü azdır".